Şahbuzda yaşıllıq sahələrinin su təminatı yaxşılaşdırılır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonda yaşıllıq sahələrinin və meyvə bağlarının su təminatının yaxşılaşdırılması məqsədilə yeni damcılı suvarma sistemləri qurulur.
Bu məqsədlə Türkeş kəndində 10 hektarlıq üzüm bağına yeni suvarma xətti, yol kənarlarındakı meyvə ağaclarının suvarılması üçün Naxçıvan-Batabat magistralının Sələsüz kəndindən keçən hissəsində, eləcə də Kiçikoba və Şahbuzkənddə yolların ətrafında damcılı üsulu ilə suvarma üçün borular çəkilir.
Rayon mərkəzinin girişindəki “Bayraq” meydanının ətrafında ötən il salınan meyvə bağının da suvarma təminatı yaxşılaşdırılıb, ərazidə damcılı suvarma sistemi quraşdırılıb.
Qeyd edək ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında bəzi yaşıllıq zolaqlarının quruması ilə bağlı nöqsanlar diqqətə çatdırılıb, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə mövcud yaşıllıq zolaqlarının qorunmasına diqqətin artırılması ilə bağlı tapşırıq verilib.
Xatırladaq ki, Naxçıvan televiziyasının “Xəbərlər” informasiya buraxılışında da Şahbuz rayonunda yaşıllıq sahələrinin vaxtında suvarılmadığı və bu səbəbdən ağacların quruması ilə bağlı tənqidi süjet efirə təqdim edilmişdi.
Novruz Məmmədov