Azərbaycanın və Gürcüstanın paytaxtları Bakı və Tbilisi şəhərləri qardaşlaşacaqlar. Bununla bağlı memorandum hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı və Tbilisi şəhərlərinin qardaşlaması haqqında memorandum Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Azərbaycan paytaxtına səfəri çərçivəsində baş tutacaq.
Tbilisi meriyasının mətbuat xidmətinin məlumatında bildirilir ki, iki gün davam edəcək səfər çərçivəsində K.Kaladze Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.