Şərur rayonunda təşkil olunan humanitar tibbi aksiyada 81 nəfər müayinələrdən keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.

Muxtar respublikanın Səhiyyə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, ayda bir dəfə təşkil edilən növbəti aksiya bu dəfə Şərur rayonundakı Aralıq kənd sahə xəstəxanasında keçirilib. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət olunublar.

Həkim briqadasının üzvləri bu səhiyyə müəssisəsində 81 nəfəri ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Müayinələrin aparılmasında cərrah, oftalmoloq, terapevt və nevropatoloqlar, LOR həkimləri və laboratoriya işçiləri iştirak ediblər.

Aralıq kənd sakini Mirməcid Seyidov başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə xüsusi qayğı kimi dəyərləndirib. Kənd sakini Lyudmila Ağayeva da belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublika Xəstəxanası belə aksiyaları digər rayonlarda da davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: