Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir

A- A A+

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4  avtobus xidmət göstərəcək.

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: