Göygöl rayonunda mülki şəxs minaya düşərək həlak olub

A- A A+

İyulun 14-də saat 21.00 radələrində bir nəfərin Göygöl rayonu ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat verilib.

Göygöl Rayon Prokurorluğunun NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatında bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındakı minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən “Bənövşəli yaylağı” adlanan ərazidə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: