Həkimlər xəbərdarlıq edir ki, bəzi peşə sahiblərində digərlərlə müqayisədə xərçəng xəstəliklərinin riski daha yüksəkdir.
NUHÇIXAN ura.ru-ya istinadla xəbər verir ki, birinci və ikinci yerdə manikür ustaları və bərbərlər qərarlaşıb. Onlar tez-tez boya, lak, həlledicilərin tərkibində olan toksiki maddələrlə ünsiyyətdə olur. Bu maddələrin güclü kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətləri var. Bu səbəbdən manikür ustaları və bərbərlər yalnız yaxşı ventilyasiya sistemi olan yerlərdə işləməli və qoruyucu maskalardan istifadə etməlidir.
3-cü yerdə daim kompüterdə işləyən ofis işçiləridir. Fiziki aktivliyin az olması xərçəngin riskini artıran faktorlardan biridir. Mütəxəssislər ofis işçilərinə hər 1 saatdan bir ayağa qalxmağı, sadə fiziki hərəkətlər etməyi, bir qədər gəzişməyi tövsiyə edirlər.
4-cü yerdə aviasiya işçiləridir. Buna pilot və stüard və stüartdessalar aiddir. Bu peşə sahibləri yüksəklikdə gün şüalanmasına məruz qalır ki, bu da xərçəng riskini artırır.