Şərur və Babəkdə şaftalı bağlarının sahəsi genişlənib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, hər il Şərur rayonunun bağlarından 10 min tondan çox şaftalı toplanır. Yerli fermerlər bildirirlər ki, rayonunun münbit torpaqları şaftalı məhslunun yetişdirilməsi üçün əlverişlidir. Məhz elə buna görədir ki, rayonda şaftalı bağlarının sahəsi ilbəil daha da genişlənir. Şaftalıya yerli bazarda böyük tələbat olduğundan satışınada çətinlik yaranmır. Digər tərəfdən şaftalı bağları az sahədən yüksək gəlir əldə etməyə imkan verir. Bağlarda şaftalının 50-dən çox növü becərilir ki, bu da alıcılara seçim imkanı yaradır.
Bundan başqa "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"na əsasən Babək rayonunun Zeynəddin kəndində 1 hektar sahədə yeni şaftalı bağı salınıb.
Naxçıvanda yetişdirilən şaftalı meyvəsi təkcə Naxçıvan bazarlarına deyil, ölkənin paytaxtına və digər bölgələrə də göndərilir.
Elnarə Heydərova