Naxçıvanda məktəb formalarının tikilişinə başlanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, yeni dərs ilində ümumtəhsil məktəblərinin şagirdlərini məktəbli geyimləri ilə  təmin etmək üçün muxtar respublikada artıq məktəbli formalarının tikilişinə start verilib.

Naxçıvan Tikiş ASC-də hazırda xüsusi təyinatlı məktəblərin şagirdləri üçün formalar tikilir. Məktəbli formaları 35 manatda başlayan qiymətlərlə alıcılara təklif olunur.

Fabrikdə həmçinin əlavə olaraq hərbi geyimlər və ali təhsil müəsissələrinin tələbələri üçün formalar, uşaq paltarları da  hazırlanır. Burada tikilən uşaq geyimləri ölkəmizin paytaxtı Bakı şəhərinə də göndərilir.

                                                            Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: