Energetik içkilər yay fəslində ən çox müraciət olunan içkilər sayılır. Onun tərkibində melotonin, kofein, tanin kimi maddələr bədənin aktiv fəaliyyətinə kömək göstərir. Lakin həmin maddələrin həddən artıq qəbulu orqanizm üçün təhlükə yarada bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkimlərin dediyinə görə, energetik içkilərin tərkibindəki kofein asılılıq yaradır. Buna vərdiş edənlər həmin içkidən istifadə edilməsini dayandıran zaman yorğun, halsız və əsəbi olur, iş qabiliyyətləri aşağı düşür.
Bir neçə dəfə energetik içkidən istifadə edəndən sonra sinir sistemi həddindən artıq oyanıq olur, ürək-damar sistemində ciddi pozulmalar yaranır, ürək ritmi pozulur, əllərdə əsmə, tremor halları baş verir. Bundan başqa onun dieretik təsiri olduğuna görə idmanla məşğul olanların məşqdən sonra istifadə etməsi məsləhət görülmür.
Belə içkilərin təsir gücü 4-5 saat davam edir. Həkimlər energetik içkilərdən imtina etməyi məsləhət görürlər. 18 yaşından aşağı olanlara isə onun satışı qadağandır.