Uşaqların Naxçıvan şəhərinə ekskursiyası davam edir - VİDEO
Şəhid övladları, eləcə də aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların Naxçıvan şəhərinə ekskursiyaları davam edir. Növbəti ekskursiya Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tətil günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil edilib. Ekskursiyada 25 uşaq iştirak edib.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mədinə Rəhimli