Əsgərlərə bayram sovqatı aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətinin kollektivi Qurban bayramı münasibətilə Kəngərli rayon ərazisində yerləşən hərbi hissədə olub, hərbçilərə bayram sovqatı aparıb.

Əsgər və zabitlərlə görüş zamanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuran Əzizov bayram münasibətilə  şəxsi heyəti təbrik edib, şərəfli və məsuliyyətli vəzifələrinin icrasında uğurlar arzulayıb. Bildirib ki, bu il Qurban bayramı  xalqımız üçün daha əlamətdardır.  Vətən müharibəsində  tarixi qələbə qazanmışıq və bunun əsasında xalqımızın birliyi, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır. Bu qələbə dövlət-xalq-ordu birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Hərbi hissənin zabiti, mayor Nurlan Bayramov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, əhali ilə ordunun sıx birliyinin əsgərlər üçün mənəvi dayaq olduğunu diqqətə çatdırıb.

Sonra yaşıllaşdırma aksiyaları çərçivəsində Şərur ərazisində salınmış meyvə bağlarından tədarük edilən 4 tondan artıq alma  hərbi hissəyə  təhvil verilib.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: