2032-ci il Yay Olimpiya oyunlarının keçiriləcəyi şəhər açıqlanıb

A- A A+

2032-ci il Yay Olimpiya oyunları Avstraliyanın Brisben şəhərində keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilmiş 138-ci sessiyasında qərar verilib.

Brisben bu oyunlara ev sahibliyi etmək üçün yeganə namizəd idi.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya oyunları Parisdə, 2028-ci ildə isə Los-Ancelesdə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: