Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən xarici vətəndaş 10 il azadlıqdan məhrum edilib

A- A A+

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan başqa hökmdə qeyd edilib ki, E.Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: