Ötən yarımildə muxtar respublikada 46 yaşayış məntəqəsində əhaliyə səyyar xidmət göstərilib

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2021-ci ilin 6 ayı ərzində muxtar respublikanın kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmətlərin göstərilməsi mütəşəkkil qaydada davam etdirilib. Şərur rayonunun 12 yaşayış məntəqəsində 56, Babək rayonunun 11 yaşayış məntəqəsində 29, Ordubad rayonunun 10 yaşayış məntəqəsində 33, Culfa rayonunun 6 yaşayış məntəqəsində 30, Şahbuz rayonunun 6 yaşayış məntəqəsində 21 müraciət olmaqla, ümumilikdə muxtar respublikanın 46 yaşayış məntəqəsində səyyar xidmət göstərilib, 169 müraciətə baxılıb.

Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması üçün sənədlərin qəbulu aparılır. Eyni zamanda vətəndaşlara mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması, qeydiyyat üçün tələb olunan sənədlərdəki çatışmazlıqların aradan qaldırılması ilə bağlı hüquqi yardım göstərilir.

                                                                Naxçıvan Muxtar Respublikasının

                                                                    Daşınmaz Əmlak və Torpaq Məsələləri

                                                            üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: