Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlimdə 14 sağlamlıq imkanları məhdud qadın, 3 aztəminatlı ailənin üzvü və Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 4 dərnək rəhbəri olmaqla 21 nəfər iştirak edib. Təlimi istedadlı toxucu qadın Reyhanə Rəhimova əyani vəsaitlərdən istifadə etməklə keçib.
Qeyd edək ki, toxuculuq sənətinin inkişaf etdirilməsi,qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial
vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə keçirilən təlim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ciil 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilir. Bu ilin ötən dövrü ərzində Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında təlimlər keçirilib.