Muxtar respublikada “Evədək optika” layihəsi uğurla davam etdirilir

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  layihə çərçivəsində mənzillərə fiber- optik kabel xətlərinin, GPON avadanlığının  quraşdırılması, həmçinin  yeni inşa olunan kənd xidmət mərkəzlərinə, təhsil müəssisələrinə və digər qurumlara fiber-optik xətlərin çəkilişi uğurla həyata keçirilir. Layihə çərçivəsində cari ilin 6 ayı ərzində 38 fərdi mənzilə fiber-optik xətlər çəkilib və zəruri avadanlıqlar quraşdırılıb. Bunlarla yanaşı, müraciətləri nəzərə alınaraq Naxçıvan şəhərində fəaliyyət göstərən “Fərda” Şirniyyat İstehsalı Müəssisəsinə və “Dan Yeri” Alış-veriş Mərkəzinə də fiber-optik kabel xətləri çəkilməsi üçün hazırlıqlara başlanılıb.

Hazırda isə ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) və GPON (Giqabit Passiv Optik Şəbəkə) internetin tarifləri  1 Mbt/s -12 AZN, 2 Mbt/s -15 AZN, 3 Mbt/s -18 AZN, 4 Mbt/s -20 AZN, 5 Mbt/s -25 AZN, 6 Mbt/s-30 AZN və 8 Mbt/s isə -40 AZN təşkil edir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən “Evədək optika” layihəsi xüsusi kabelləşdirilmiş binalarda və ya Naxçıvan şəhərində texniki infrastrukturun mövcud olduğu istənilən ərazidə fərdi və korporativ istifadəçilərə təqdim edilməklə, istifadəçilərin bir optik xətt üzərindən multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verən GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında telefon, internet və İPTV xidmətlərindən istifadəsi üçün imkan yaradır. Texnologiya fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir.

Hər bir istifadəçi Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin nakhinternet.az  internet səhifəsində internet istifadəçiləri üçün yaradılan bölmədə Asimmetrik Rəqəmsal Abunəçi Xətti və Giqabit Passiv Optik Şəbəkənin balanslarının artırılması xidməti və modemlərin qoşulması üçün yerləşdirilmiş istifadəçi təlimatlarından ətraflı məlumat əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: