Elektron məlumat bankında 150 minə yaxın uşaq haqda məlumat toplanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılan elektron məlumat bankına 150 minə yaxın uşaq haqqında fərdi məlumatlar daxil edilib. Bu ilin ötən dövründə isə elektron məlumat bankına 3 minə yaxın uşaq haqqında fərdi məlumatlar daxil edilib. Məlumat bankı muxtar respublikada uşaqlarla bağlı hər hansı problemi dərhal aşkar etməyə və həllini asanlaşdırmağa imkan verən mühüm mexanizmdir. Bankda müvafiq nazirlik, komitə və idarələrin verdiyi məlumatlar əsasında muxtar respublikada yaşayan bütün uşaqlar haqqında fərdi məlumatlar toplanıb.

Elektron bankın yaradılmasında əsas məqsəd muxtar respublikada qeydiyyatda olan uşaqların qanunvericiliklə müəyyən olunmuş hüquqlarının qorunması, uşaq hüquqlarının pozulmasına səbəb ola biləcək amillərin aradan qaldırılması və bu sahədə dövlət orqanlarının daha da oprativləşdirilməsidir.

Qeyd edək ki, bu məlumatlar uşaqlar 18 yaşına çatandan 25 il sonra silinir. Fərdi məlumatlar yalnız “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hallarda və qaydada verilir.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: