Külüs kəndindəki yeni nasos stansiyasının istifadəyə verilməsi əkin sahələrinin artmasına səbəb olub

A- A A+

Bu ilin aprel ayında yeni nasos stansiyasının istifadəyə verilməsi Şahbuz rayonunun Külüs kəndində indiyədək əkilməyən Düz massivindəki torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına şərait yaradıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ərazidəki 340 hektar torpaq sahəsinin suvarılması təmin edilib. Hazırda həmin ərazidə payızlıq əkin üçün hazırlıq işləri görülür. 100 hektara yaxın sahə daşdan-çınqıldan təmizlənərək hamarlanıb və əkin üçün yararlı vəziyyətə gətirilib. 

Həmçinin ərazidə yeni qapalı suvarma sisteminin qurulmasına da başlanılıb.

Qeyd edək ki, ötən ilin payızında və bu ilin yazında bu sahələrin 270 hektarında taxıl və xaşa əkinləri aparılıb.

                          Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: