Naxçıvanda yeddi ayda 2390 ton duz satılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikanı və ölkəni keyfiyyətli duzla təmin edən “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin gündəlik istehsal gücü 45 ton daş duz, 25 ton isə üyüdülmüş duzdur. Burda 20 çeşiddə məhsul istehsal olunur. Məhsullar “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. Cari ilin ötən 7 ayı ərzində müəssisədə 2953 ton daşduz və 1645 ton üyüdülmüş duz istehsal edilib.
Bu ilin yeddi ayında müəssisə tərəfindən istehsal edilən məhsulun 2390 tondan artığı istehlakçılara satılıb. Bunun 702 tonunu daş duz, 1688 tonunu isə üyüdülmüş duz təşkil edib. Üyüdülmüş duzun 1156, daş duzun isə 608 tonu Baki şəhərinə, həmçinin Azərbaycanın digər rayonlarına göndərilib.
Hafizə Əliyeva