Həkimlər “Qanlıgöl” yaylağında olublar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun müvafiq təşkilatları və rayon mərkəzi xəstəxanasının həkim briqadası yaylaqlarda məskunlaşan heyvandarlara hərtərəfli  köməkliklər göstərirlər. Onlar bu dəfə Şahbuz rayonu ərazisindəki Qanlıgöl  yaylağında  olub, burada Şərurlu fermerlərə lazimi köməkliklər göstəriblər. Belə ki, rayon mərkəzi xəstəxanasının həkimləri yaylaqda heyvandarlıqla məşğul olan fermerləri və onların  ailə üzvlərini müayinə ediblər.

Aşkar olunan xəstəliklərin müalicəsi üçün dərmanlar təyin olunub. Yaylaq sakinlərinə yay aylarında yoluxa bilən xəstəliklər, qida zəhərlənmələri, həşərat və ilan sançmaları zamanı göstərilən ilk tibbi yardımlar barədə də məlumatlar verilib. Onlara bir sıra tibbi yardım ləvazimatları, mədə-bağırsaq və başqa xəstəliklər zamanı istifadə olunan dərmanlar və arğıkəsicilər paylanıb. Həmçinin obalarda dezinfeksiya işləri də aparılıb.

 Oba sakinləri üçün ərzaq  və lazım olan digər  məhsulların satışı təşkil olunub.

                                                                         Arzu Sadiqov

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: