İxtisasartırma kurslarını bitirən rabitəçilər sertifikatla təmin olunublar

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  Naxçıvan şəhər və Babək Rayon Rabitə İdarələrinin bir sıra rabitə mütəxəssisləri Naxçıvan Regional Peşə Tədris Mərkəzinə, Şərur Rayon Rabitə İdarəsinin əməkdaşları isə Şərur Texniki-Peşə və Sürücülük Məktəbində “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” üzrə ixtisasartırma kurslarına cəlb olunublar.

İlkin olaraq kursları 16 nəfər bitirib, 24 nəfər isə tədrisi davam etdirir. Kursu bitirən müdavimlər müvafiq hüquqi sənədlə (şəhadətnamə) təmin olunublar.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin və  Naxçıvan Şəhər Rabitə İdarəsinin 4 əməkdaşı isə “Cisco” Şəbəkə inzibatçılığı üzrə onlayn kursları müvəffəqiyyətlə bitirərək müvafiq sertifikatla təmin olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: