Polis əməkdaşları işğaldan azad olunmuş ərazilərdə silah-sursatın aşkarlanması məqsədilə profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Beyləqan Rayonlararası Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edərək götürülüb. Həmin ərazidən aşkarlanan 1 pulemyot, 3 avtomat, müxtəlif növ 7 qumbara, 1 qumbaraatan mərmisi, 2 avtomat sandığı, müxtəlif çaplı 269 patron aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.