Culfa şəhərindəki rabitə xətləri yenilənir

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əhaliyə göstərilən rabitə xidmətlərinin dayanıqlığının təmin edilməsi məqsədilə  hazırda şəhərin  Elşad Nağıyev küçəsində xətt təsərrüfatında əsaslı təmir işləri aparılır. Aparılan quruculuq işləri çərçivəsində xətt təsərrüfatının normativə uyğunlaşdırılması üçün kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltına köçürülür. Bir sıra yerlərdə uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən rabitə dirəkləri, metal dirəklərlə əvəz olunur, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə  əvəz edilir, yeni abonent qutuları əlavə edilməklə rabitə xətlərində olan nasazlıqlar aşkar edilərək bərpa edilir və digər zəruri işlər həyata keçirilir.

Həmçinin abunəçilərin qarşılaşdığı rabitə xidmətləri ilə bağlı problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq təhlillər aparılır, müraciətlərinə uyğun olaraq sakinlərə texniki dəstək və metodiki köməkliklər də göstərilir. 

Qeyd edək ki, Culfa rayonunun yaşayış məntəqələrində  rabitə  infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər bundan sonra da davam etdiriləcəkdir.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: