İyulun 30-u dünyada İnsan Alverinə Qarşı Mübarizə Günüdür

A- A A+

İyulun 30-u İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günüdür. İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, xüsusilə əhali arasında geniş maarifləndirmə işləri mütəmadi qaydada həyata keçirilir.

Belə tədbirlərdən biri kimi, 30 iyul - İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən paylaşım edilib.

Paylaşımda bildirilib: “Azərbaycan Respublikasının qanunvericiliyinə görə, insan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. İnsan alverinin qurbanı olma! #azgenprosecutor#başprokurorluq#insanalverinəqarşımübarizəgünü #insanalverininqurbanıolma”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: