Şərur rayonunda Vətən müharibəsində iştirak edən şəxslərə medal və vəsiqələr təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda şücaət göstərən şəxslərə medal və vəsiqələri təqdim olunub.

Tədbirdə əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsi qaziləri Amil Məmmədov və Oruc Salmanov  onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdikləri igidlik və mərdliyə görə qazi baş gizir Amil Məmmədov, əsgər İlham Zamanov, Fərid Məmmədov, Oruc Salmanov, Nicat Məmiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Şücaətə görə” medalı ilə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: