Azərbaycan yanğınsöndürənləri Türkiyədə fəaliyyətə başlayıblar - FOTOLAR

A- A A+

Azərbaycan yanğınsöndürənləri Türkiyədə yerli vaxtla saat 9:00 radələrində fəaliyyətə başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşları Muğla vilayətinin Marmaris bölgəsində yanğınların söndürülməsinə cəlb olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

Birinci qrupun tərkibində FHN-in 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: