Birlik və həmrəyliyimizdən doğan “Zəfər düşərgəsi” başa çatıb - VİDEO
18-25 yaş kateqoriyasında, 200-dən çox gəncin iştirakçısı olduğu Zəfər Düşərgəsinin son günündə iştirakçılar günə xalqımızın mərdlik, yenilməzlik, mübarizlik rəmzi olan Əlincə qalasına ziyarətlə başlayıblar.
Gənclərin üz tutduğu digər ziyarətgah isə Şəhidlər xiyabanı olub.
Daha sonra isə düşərgə iştirakçıları Naxçıvan Dövlət Universiteti ilə tanış olublar. Burada onlara Universitet şəhərciyi ilə bağlı ətraflı məlumat verilib.
Günün ikinci yarısında isə “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” “Duzdağ” hoteldə keçirilən bağlanış mərasimi ilə yekunlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının Zəfər düşərgəsinin sonuncu günü ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Rəmzi Tahirli