5 ton kartof Kəngərli rayonu ərazisində xidmət edən əsgərlərə sovqat kimi aparılıb - FOTOLAR

A- A A+

Muxtar respublikamızda xalq-ordu birliyinə nümunə olaraq torpaqlarımızın keşiyini çəkən əsgərlərimizə meyvə-tərəvəz sovqatlarının göndərilməsi davam etdirilir.

Şərur rayonunun ayrı-ayrı yaşayış məntəqələrindən ailə təsərrüfatçıları, fermer və sahibkarlar tərəfindən milli ordumuzun əsgərlərinə meyvə-tərəvəz məhsulları göndərilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu nəcib təşəbbüsün davamı olaraq Zeyvə kənd sakini Nemət Rzayev və Havuş kəndindən Fikrət Əhmədov tərəfindən 5 ton kartof Kəngərli rayonu ərazisində xidmət edən  əsgərlərimizə sovqat kimi  aparılıb.

Hərbi hissənin zabiti mayor Nurlan Babayev mənəvi dəstəyə görə minnətdarlıq edib.

Gətirilən kartof sovqatı hərbi hissənin anbarına təhvil verilib.

 

 Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: