“1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəni-maarif müəssisələrinin və Yazıçılar Birliyi üzvlərinin iştirak etdiyi tədbir Cəlil Məmmədquluzadə adına  Ədəbiyyat Muzeyində baş tutub.

Tədbir zamanı bildirilib ki, xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzi olan dilimizin dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət dil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları, həmçinin ölkə başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Həmçinin muxtar respublikamızda da dövlət dil siyasətinin uğurla həyata keçirildiyi qeyd olunub.

Tədbirdə “Milli varlığımız – Ana dilimiz” və “Azərbaycan dilinin təbliğində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin rolu” mövzularında çıxışlar dinlənilib, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü olan şairlər ana dili ilə bağlı şeirlərini bədii qiraət ediblər.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

                                                          Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: