Kəngərli rayonunda Baytarlıq İdarəsi üçün yeni bina tikilir

A- A A+

Yeni inzibati binanın inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir. Hazırda binanın daxilində alçı və boya işləri aparılır, dəhliz və pilləkənlərə, eyni zamanda pəncərələrin kənarlarına üzlük daşlar, fasad hissəyə isə üzlənmiş travertin daşlar düzülür. İnşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın zirzəmi qatında arxiv, iş otaqları, süni mayalanma avadanlıqlarının, dərmanların saxlanc otaqları, yeməkxana və qazanxana yerləşəcək. Birinci mərtəbədə iş otaqları, laboratoriya, patoloji materialların qəbulu otağı, bakteriologiya və serologiya şöbələri, ikinci mərtəbədə isə iş otaqları, baytar həkimi və sahə baytar məntəqəsi üçün otaqlar olacaqdır.

                                                                                   “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: