Beynəlxalq Türk Akademiyası Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təbrik ünvanlayıb

A- A A+

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli xalqımıza Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təbrik ünvanlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təbrikdə bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmanla artıq 20 ildir qardaş Azərbaycanda qeyd edildiyi bildirilir. Vurğulanır ki, həmin il Azərbaycanda latın qrafikalı yeni əlifbaya tam keçidin təmin olunması ilə türk dünyasında inteqrasiyanın yeni səhifəsi açılmışdır.

Təbrikdə deyilir: “Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edir, milli kimliyimizin əsası və əcdadlarımızın bizə miras buraxdığı əvəzsiz xəzinə olan dilimizin daim qorunması və inkişaf etdirilməsini arzulayıram!”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: