Süleyman Soylu: Birbaşa dəstəkləri ilə yanımızda olan azərbaycanlı qardaşlarımıza dərindən təşəkkür edirik
Bu çətin günlərdə, alovun evlərimizi yandırdığı bir vaxtda yanımızda olduqlarına görə Azərbaycana, bütün qardaşlarımıza təşəkkür edirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
Nazir bildirib: “Antalyada, Muğlada tüğyan edən yanğınların söndürülməsinə həm duaları, həm də verdikləri dəstəklə yanımızda olan bütün Azərbaycana minnətdarıq”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 31-də Türkiyəyə gəlib. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.
İkinci qrup artıq Türkiyə ərazisinə daxil olub və yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.