Şərur rayonunun rabitə infrastrukturu yenilənir - FOTOLAR

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  Şərur  şəhərində  yeni inşa olunan yaşayış binalarına və qurumlara rabitə xətləri çəkilib, sakinlər internet xidmətləri ilə təmin olunub.

Hazırda rayonun Çərçiboğan kəndində rabitə infrastrukturu yenidən qurulur, yeni Rabitə Evi inşa edilir. Aparılan quruculuq işləri çərçivəsində xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur. Bir sıra yerlərdə uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri, metal dirəklərlə, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə əvəz edilir, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə edilir, habelə rabitə xətlərində olan nasazlıqlar aşkar edilərək bərpa edilir və digər zəruri işlər həyata keçirilir. 

Həmçinin Avtomat Telefon Stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara texniki baxışın keçirilməsi istiqamətində də işlər davam etdirilir. 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: