Balaca uşaqlar ətrafda olan əşyaları tək gözlə deyil, ağızla da "tədqiq" etməyə xoşlayır.
Bu səbəbdən uşaqlar tez-tez kiçik əşyaları udur. Onların əksəriyyəti təbii yolu ilə çıxır, lakin bəziləri uşaq orqanizmində çox ciddi fəsadlar törədə bilər.
Belə əşyalardan biri kiçik batareyalardır. Batareya ağız suyu ilə reaksiyaya girəndən dərhal sonra çox güclü yeyici məhlul əmələ gəlir ki, bu məhlul qida borusunu, nəfəs yollarını, səs telləri, iri damarlarda ağır zədələnmələrə və hətta uşağın ölümünə səbəb ola bilər.
Valideynlər bunu mütləq bilməli və uşaq batareyanı udduqda sonra onu dərhal xəstəxanaya çatdırmalıdır. Batareya uşaq orqanizmindən nə qədər tez xaric olunarsa, onun mənfi təsiri də bir o qədər az olacaq.
Amerika alimləri araşdırma zamanı batareyanın orqanizmə olan mənfi təsirini azaldan vasitə axtardıqda aşkar ediblər ki, bal və sukralfat adlı dərman bu mənada ən effektlidir. Alimlər analara batareya udan uşağa dərhal bal və ya qeyd etdiyimiz dərmanı verməyi tövsiyə edir. Uşaq xəstəxanaya çatdırılana qədər bal fasilələrlə uşağa verilməlidir.
NUHÇIXAN xəbər verir ki, araşdırmanın nəticələri The Laryngoscope jurnalında dərc olunub.
Amerika alimləri xəbərdarlıq edir ki, batareyalar bütün digər təhlükəli əşyalar kimi uşağın əli çatmayar yerlərdə saxlanılmalıdır. Hər il yalnız ABŞ-da 2500 uşaq batareya udulması nəticəsində xəstəxanalara düşür. Uşaqların bir hissəsini xilas etmək mümkün olmur...