Şərurun ailə təsərrüfatçısından nümunəvi addım: Yetişdirdiyi kartofun 10 tonunu əsgərlərə sovqat göndərdi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xalq-ordu birliyinə nümunə olaraq Şərur rayonunun Sərxanlı kənd sakini Vəli Zamanov pay torpaqlarında yetişdirdiyi kartofun 10 tonunu milli ordumuzun əsgərlərinə sovqat göndərib.

Sahibkarın sahəsindən toplanılan kartof Naxçıvan şəhərindəki hərbi hissəyə təhvil verilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Vəli Zamanov bunu özünün vətəndaşlıq borcu hesab etdiyini və yetişdirdiyi məhsulun bir hissəsini əsgərlərimizə sovqat kimi göndərdiyini deyib. Hərbi hissənin zabiti, leytenant Kamran Mehdiyev və əsgər Rəşid Aslanov gətirilən sovqata görə minnətdarlıqlarını bildiriblər.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: