Şərurun meyvə bağlarından tonlarla şaftalı yığılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun ailə təsərrüfatçıları meyvə bağlarında bol şaftalı yetişdiriblər. Hazırda yetişdirilən 10 tonlarla dadlı-tamlı məhsul toplanaraq bazar və yarmarkalara çıxarılır.

Meyvəçilik Şərur rayonunun iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Bölgədə  şaftalının müxtəlif sortlarının yetişdirildiyi bağların sahəsi xeyli genişləndirilib. Rayonda mövcud olan min hektardan artıq meyvə bağının 200 hektardan çoxu şaftalı bağlarıdır. Rayonun Yuxarı Daşarx, Dərəkənd, Siyaqut, Cəlilkənd, Oğlanqala, Mahmudkənd, Danyeri və digər yaşayış məntəqələrində bu meyvələrin yetişdirilməsinə daha çox diqqət yetirilir. Ailə təsərrüfatçıları ata-baba peşəsini  inamla davam etdirərək bu sahədən qazanc əldə edirlər.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: