“Şərq qapısı” qəzetinin 100 illik yubileyi Culfa rayonunda qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan “Şərq qapısı” qəzetinin ictimai-siyasi fikir tariximizdə, milli-siyasi təfəkkürün formalaşması və inkişafında mühüm rola malik olduğunu vurğulayıblar. Qəzetin keçdiyi bir əsirlik tarixə nəzər salan baş redaktor bildirib ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün “Şərq qapısı”nda təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar da çalışır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, qəzetin elektron arxiv bazası yaradılıb. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” müvafiq Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.

Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən, müstəqillik illərində Culfa rayonunun qazandığı uğurlardan bəhs edən videoslayd nümayiş olunub.

Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən “Arazın səsi” qəzetinin redaktoru Alim Ağayevə fəxri fərman və hədiyyələr, digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə Tədbirlər planı təsdiq olunub.

Güntac Şahməmmədli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: