Vətən müharibəsində iştirak edən qazilərə medallar təqdim olunub - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda şücaət göstərən hərbçilərə medal və vəsiqələr təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə vurğulanıb ki, Vətən müharibəsində Naxçıvan şəhərinin qəhrəman övladları da rəşadət göstərib, 15 zabit və əsgərimiz tarixə öz adlarını yazdırıblar. Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsi daim əziz tutulur, vətən uğrunda sağlamlığını itirən hərbi qulluqçularımıza daim diqqət və qayğı göstərilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə, göstərdikləri igidlik və mərdliyə görə qazilərdən çavuş Xəyal Səfərov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, əsgər Nurəddin Nəbiyev, Mirismayıl Süleymanov və Əyyub Sadıxov isə “Şücaətə görə” medalı ilə təltif ediliblər.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: