Ahıl sakinlər üçün təbiət gəzintisi təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gəzinti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı və sosial könüllülərin iştirakı ilə baş tutub. Şahbuz ərazisindəki “Rüstəm” meşəsində onlar üçün çay süfrəsi açılıb, Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifasında saz havalarından ibarət musiqi proqramı təqdim olunub.

Daha sonra ahıl sakinlər Şahbuz şəhərindəki “Ahıllar Evi”ndə olub, burada yaradılan şərait və göstərilən xidmətlərlə tanış olublar. Görüş nahar süfrəsi ətrafında davam etdirilib.

                       Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: