“Saat Meydanı” Turistik İstirahət mərkəzində təşkil olunan tədbirdə 38 uşaq iştirak edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gəzintidə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş, həmçinin şəhid övladlarından ibarət 38 uşaq iştirak edib.
Uşaqlar əvvəl onlar üçün müəyyən olunmuş xətt üzrə şəhər gəzintisinə çıxarılıblar. Daha sonra “Saat Meydanı” Turistik İstirahət mərkəzində uşaqlara animasiya cizgi filmi nümayiş etdirilib. Uşaqlar üçün təşkil edilən nahar yeməyindən sonra əyləncəli oyunlar keçirilib
Uşaqlar tədbirdən xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbir uşaqlar üçün yay tətilinin maraqlı keçirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.