Sağlamlıq imkanları məhdud uşaqlar müsabiqədə iştirak ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq  imkanları məhdud uşaqlar arasında “Yurdumuzu  tanıyaq” adlı bilik müsabiqəsi  keçirilib.

Sağlamlıq imkanları məhdud 10 uşağın  iştirak etdiyi müsabiqədə müxtəlif mövzularda 24 sual təqdim edilib. Sualların əksəriyyətini cavablandıran uşaqlara yaxşı nəticəyə görə diplomlar təqdim olunub.

Tədbir “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə keçirilib.

                                                                                                Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: