AAYDA: “Şuşaya II avtomobil yolunun inşası gələn il başa çatdırılacaq”

A- A A+

“Şuşa şəhərinə 2-ci avtomobil yolu 4-6 hərəkət zolaqlı olacaq”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.

“Yol I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır. Uzunluğu 81,6 km olacaq yol 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20,3 km qısa olacaq. Avtomobil yolunun inşasının 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur”.

Bundan başqa, onun sözlərinə görə, ölkə prezidentinin “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası haqqında” sərəncamına uyğun olaraq bir neçə istiqamətdə işlər davam etdirilir: “Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı), Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 km, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi nəzərdə tutulub və bu işlər uğurla davam etdirilir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: