Ölkəmizin digər regionlarında yaşayan 70 sağlamlıq imkanları məhdud şəxsin Naxçıvana səfəri təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizin digər regionlarından olan daha 70 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, nazirliyin təşkilatçılığı ilə muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Ağbulaq kəndinə, Batabat yaylağına ekskursiyalar təşkil olunub.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.