Fermerlər arasında maarifləndirmə aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri Babək rayonunda mal-qara  sahibləri ilə görüşüb, onlarla maarifləndirici söhbətlər aparıblar. Görüşdə məhsuldarlığı yüksəltmək, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün  vətəndaşlara süni mayalandırmanın əhəmiyyəti barədə məlumatlar verilib.  Qeyd olunub ki, bu ilin 7 ayı ərzində rayon ərazisində 1200 başa qədər iribuynuzlu mal-qarada süni mayalanma aparılıb. Ötən il tətbiq edilən süni mayalanma nəticəsində  752 baş tam sağlam buzov doğulub.

Xatırladaq ki, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə Babək rayonunda yeni Süni Mayalanma Mərkəzi inşa edilir.

Sadiq Məmmədov

   
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: