Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib - VİDEO
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Mərasimə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: