Vətən müharibəsi qaziləri ilə görüş olub - FOTOLAR

A- A A+

Muxtar respublikada Vətən müharibəsinin qaziləri ilə görüşlərin keçirilməsi artıq ənənə halını alıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müharibə qaziləri ilə növbəti görüş bu gün “Görüş yeri" kafesində reallaşıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin baş zabiti, kapitan Nurlan Məhərrəmov çıxış ediblər. Onlar ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, hərbçilərimizin Vətən müharibəsində göstərdiyi şücaətdən və şanlı qələbəmizdən bəhs ediblər.

Qeyd olunub ki, Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında Naxçıvanın da igid oğulları böyük şücaət göstəriblər. 30 illik həsrətimizə son qoyan hər bir Vətən müharibəsi iştirakçısının ömür yolu gənclərimizə örnəkdir. Bu baxımdan bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Vətən müharibəsi qazilərindən Tural Tağıyev, Əli Aslanzadə, Səttar Hüseynov, Rüfət Tağızadə, Cahandar Məhərrəmov, Elxan Babayev müharibə ilə bağlı xatirələrini bölüşüb, cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin şərəfli döyüş yolundan söz açıblar. Çıxış edənlər dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıdan da danışıb, minnətdarlıqlarını ifadə ediblər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: