Babək rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb

A- A A+

Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir yeni irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri tikilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq Babək rayonunda da bu sahədə işlər davam etdirilir. 2021-ci ilin ötən 6 ayı ərzində əkinəyararlı boş torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində işlər davam etdirilib. Belə ki, hesabat dövrü ərzində rayonda 1,11 hektar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi plana alınaraq meyvə və tərəvəzçiliyin inkişaf etdirilməsi məqsədilə əkin dövriyyəsinə daxil edilib.

                                                                        “Şərqin səhəri”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: