Muğla sakini: Azərbaycanlı yanğınsöndürənlər Muğlada yüksək fədakarlıq göstərirlər

A- A A+

Azərbaycandan gələn yanğınsöndürənlər Muğla və Marmarisdə yüksək fədakarlıq göstərirlər. Biz bir millət iki dövlətik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Sazak kənd sakini Coşqun Bayar deyib.

Ərzaidə baş verən yanğınlarda könüllü iştirak edən C.Bayar buradakı fəaliyyətlərindən danışıb: "Buradakı fəaliyyətimiz yanğın çıxdığı zaman dərhal köməyə getməkdir. Bəzən isə burada yanğınsöndürənlərə, polislərə könüllü olaraq yardım etməkdir. Hazırda kənddən insanlar şəxsi təsərrüfatları ilə birlikdə təxliyə olunublar. Şükürlər olsun ki, bu günədək burada ölən və ya xəsarət alan olmayıb. Biz inanırıq ki, yanğın qısa müddətdə söndürüləcək. Ərazi tamamən yanğından mühafizə olunduqdan sonra isə kənd sakinləri yenidən öz evlərinə qayıdacaqlar".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: