İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 127 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, avqustun 2-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 180, tank əleyhinə 3 mina və 112 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.