Bu gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurduranların sayı açıqlanıb

A- A A+

Avqustun 9-da Azərbaycanda 511 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 418 min 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 160 min 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 257 min 999 nəfər təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: